ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
İranda 48 iri sənaye layihəsinin icra əməliyyatı başlanıb

İran prezidenti Seyid İbrahim Rəisi bu gün İran TeleRadio Təşkilatının beynəlxalq konfranslar zalında on üç vilayət və iyirmi yeddi rayonda icra olunacaq ölkənin qırx səkkiz iri sənaye layihəsinin icra əməliyyatının başlanması mərasimində iştirak edib.
İl ərzində on bir milyard dollarlıq ixracat, əlli dörd milyon ton mədən, metal və neft-kimya məhsulunun istehsalı, istifadəyə verildikdən sonra illik iyirmi milyard dollarlıq gəlir, həmçinin iyirmi bir min birbaşa və altmış dörd min dolayısı ilə iş yerinin yaradılması, istifadəyə verildikdən sonra bu iri layihənin məziyyət və imkanlarındandır.