ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Ümidimiz Vyanaya, Nyu-Yorka deyil, İran xalqınadır

İran İslam Respublikası prezidenti İslam İnqilabı qələbəsinin 43-cü ildönümü günü mərasimində deyib: Bizim xarici siyasətdə bütün ölkələrə baxışımız, müvazinətlidir. Ümidimiz ölkənin bütün bölgələrinədir və əsla Vyanaya və Nyu-Yorka ümid etmirik.
Ölkənin yüksək imkanlarına toxunan Seyid İbrahim Rəisi İranın gələcəyini olduqca ümidverici adlandırıb və deyib ki, bu mühüm məsələ, şüarda deyil, keçən hər gündə özünü daha çox göstərir.
İran prezidenti İran İslam Respublikasının istiqlalsevər olmasını İslam İnqilabının mahiyyət yaradan elementlərindən biri adlandırıb və belə əlavə edib: Hegemonçuluğun və zülmün rədd edilməsi, istiqlaliyyət və milli izzət, İran İslam İnqilabının daimi şüarlarındandır və bu əsasda nə hegemonçuluğu qəbul edirik, nə də ki, dünyada bir zülmü qəbul etməyə hazırıq.