ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Rusiya Prezidentinin mətbuat katibi tərəfindən
Putinin görüşlərində uzun masadan istifadə edilməsinə aydınlıq gətirilib

Kreml danışıqlar zamanı Rusiya Prezidenti Vladimir Putinlə həmsöhbətləri arasında böyük məsafənin olmasına aydınlıq gətirib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, bu, pandemiya şərtlərinə uyğun olaraq tamamilə müvəqqəti tədbirlərdir.
Kreml sözçüsü həmçinin Putinin görüşlər zamanı qonaqları ilə uzaq məsafə saxlamasının dövlət başçısının imicinə təsir edəcəyindən nigaran olmadığını dilə gətirib.