ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Şəmhani: ABŞ Suriyada sülhün qarşısında ən böyük maneədir

 İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Şəmhani Tehranda Suriya Milli Təhlükəsizlik İdarəsinin rəisi Əli Məmlük ilə görüşüb

Görüş zamanı ikitərəfli münasibətlər, regional və qlobal hadisələr ətrafında fikir mübadiləsi aparılıb. ABŞ-ın Suriyadakı terror qruplaşmalarının silahlandırılması, təlimi istiqamətində hərəkətlərinə toxunaraq o, bu cür hərəkətlərin davam etdirilməsi təkcə Suriyanın təhlükəsizliyini deyil, eyni halda regional təhlükəsizliyi təhdid edir fikirini söyləyib.

Onun planının Suriyanın etnik quruluşunu dəyişdirmək, ölkəni parçalamaq, terroru yaymaq və təhlükəsizlik mühiti yaratmaq olduğunu söyləyən Şəmhani “Təəssüf ki, Suriyanın bəzi qonşuları regional düşmənlərin ərazilərində təhlükəsizlik istiqamətində idarəçiyə çeviriblər.

Şər sui-qəsdlərə qarşı çıxmaq üçün milli birlik və müqavimət metodu qorunmalıdır”-deyə əlavə edib.  Şamhani eyni halda Tehranın Dəməşq administrasiyasına güclü dəstəyini də vurğulayib.

Əli Şəmhani iki ölkə arasında yaxşı münasibətlərə diqqət çəkərək, Tehran və Dəməşq arasında başda iqtisadi sahədə razılaşmaların həyata keçirilməsini asanlaşdırmaq və sürətləndirmək üçün müvafiq tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button