ArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ukrayna hadisələri Amerikanın təzadlarının nümayişidir

Tehranın müvəqqəti imamcüməsi deyib ki, Ukrayna böhranının səhnə arxasında Amerikanın avantüraları durur

Məhəmməd Cavad Hac Əli Əkbəri bu gün Tehranda yerləşən İmam Xomeyni(r.ə.) adına müsəllada bu həftənin cümə namazı xütbələrində əlavə edib: Biz bu gün təmtəraqla bəzənmiş bir cahilliklə üzləşirik. Şübhə yoxdur ki, Amerikanın mafiya rejimi bu modern cahilliyin təzahürü və simvolu olub, böhran yaradan və böhranda yaşayan bir rejimdir.

Ukrayna hadisələrinə toxunan Tehranın müvəqqəti imamcüməsi Ukrayna böhranının səhnə arxasında Amerikanın avantüralarının durduğunu bildirib və qeyd edib ki, əsas dəlil, Amerikanın mafiya rejimi və onların üzdəniraq qərbli müttəfiqləridir.

Tehranın müvəqqəti imamcüməsi sonra belə deyib: İran İslam Respublikası müharibəyə qarşıdır; ölkələrin ərazi bütövlüklərinə hörmət edir, mülkilərin öldürülməsində və ölkələrin infrastrukturlarının məhvində əlləri olanlarla heç bir vəchlə razılaşmır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button