Zelenski: Rusiya Ukraynanı həmişəlik itirdi

“Rusiyanın problemi ondadır ki, bütün Ukrayna xalqı onu qəbul etmir və heç vaxt qəbul etməyəcək. Rusiya Ukraynanı həmişəlik uduzub. Rusiya bütün dünyanı uduzub. Artıq onu heç yerdə qəbul etmirlər. Rus qoşunlarının Donbassı, Xarkovu zəbt etməyə çalışdıqları qəddar üsullar isə bu ərazilərin və buradakı insanların nə vaxtsa bu dövlətlə hər hansı əlaqə yaratma şanslarını yox edir”, – Zelenski vurğulayıb.
Prezident əlavə edib ki, indiyə qədər 918 yaşayış məntəqəsi rusiyalı işğalçılardan azad edilib, onlardan 338-də humanitar qərargahlar işə başlayıb, minalardan təmizləmə işləri aparılır, elektrik enerjisi, su və qazın verilməsi bərpa olunur. Polis, poçt, dövlət və yerli hakimiyyət orqanlarının da fəaliyyəti bərpa olunur.
Vladimir Zelenski bütün dünyanı Rusiyanın enerji resurslarından imtina etməyə çağırıb.