ArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İran prezidenti Baydenin İsrail səfərində səsləndirdiyi fikirləri kəskin tənqid edib

 “Amerikalılara və onların regiondakı müttəfiqlərinə mesaj göndərib deyirəm ki, İran xalqı bölgədə heç bir təhlükəsizliyə qarşı məsələni və böhranı qəbul etməyəcəklər. Regionda hər hansı bir səhv sərt və peşmanedici cavabla qarşılaşacaq.”

bunu İran prezidenti İbrahim Rəisi Kermanşah əyalətinə səfəri zamanı deyib.

O, Kermanşahın ictimaiyyət nümayəndələrilə görüşündə ABŞ prezidentinin İsrailə səfəri və burada səsləndirilən fikirlərə münasibət bildirərək, regionda İrana qarşı hər hansı səhv addımın sərt cavabla üzləşəcəyini deyib.

“Mən elə burada Kermanşahın müqavimətli xalqının içində amerikalılara deyirəm ki, müsəlman xalqları hakimiyyətlərinin Amerika ilə imzaladıqları təhqiredici razılaşmalara biganədirlər. Həmin razılaşmalar ki, onların resurslarını qarət edir. İranın hərbi gücü indi bu bölgədə təhlükəsizliyi təmin edəndir. Biz əcnəbilərin, xüsusilə də Amerikanın regionda müdaxilələrini böhran, gərginik yaratmaq və təhlükəsizliyə təhdiddən başqa bir şey bilmirik. Sionist rejimi də regionda heç nədə tamah gözününü olmamasını yaxşı bilməlidir. Sionist rejimin əlaqələri və ya digərlərilə münasibətləri normallaşdırması onun üçün təhlükəsizliyi təmin etməyəcək”, deyə Rəisi əlavə edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button