Türkiyə, İran və Ərəb dövlətləri İsrailin Qəzzaya hücumunu kəskin pisləyiblər

Türkiyə cümə günü İsrailin Qəzza zolağına endirdiyi hava zərbələrini kəskin şəkildə pisləyib.
Xarici İşlər Nazirliyi açıqlamasında bildirib ki, İsrailin hücumundan sonra bölgədə artan gərginliyi dərin narahatlıqla izləyir.
Türkiyə XİN bu hücumlar nəticəsində mülki şəxslərin, o cümlədən uşaqların həlak olmasının qəbuledilməz olduğunu vurğulayıb.
“İsrailin cümə günü Qəzzaya qarşı həyata keçirdiyi hava hücumlarını qətiyyətlə pisləyirik” deyə bəyanatda əlavə edilib.
Həmçinin İran, Əlcəzair, İraq, Tunis, Misir İordaniya, Suriya və sair ərəb dövlətləri İsrailin hücumunu kəskin pisləyib, onun dərhal dayandırılmasını tələb ediblər. Bəyanatlarda beynəlxalq təşkilatlardan
Ərəb Dövlətləri Liqası da bəyanat verərək, beynəlxalq təşkilatları və dünya ictimaiyyətini bu təcavüzlə bağlı məsuliyyət və öhdəliyini icra etməyə çağırıb.
Qeyd edək ki, İsrailin Qəzzaya hücumu nəticəsində biri uşaq və biri qadın olmaqla 11 fələstinli həlak olub, 65 nəfər isə yaralanıb.