ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər
Məhəmməd Peyğəmbərin (s) vəfatı günündə İranın bütün şəhərlərində iğtişaşları pisləyən etiraz aksiyaları keçirilib

İranın şəhər və qəsəbələri ölkədə son həftənin iğtişaşlarını pisləyən etiraz aksiyaları və yürüşlərin şahidi olub.
Qafqaz.ir xəbər verir ki, Məhəmməd Peyğəmbərin (s)vəfatı və İmam Həsənin (ə) şəhadəti günündə İranın şəhər və qəsəbələrində iğtişaşları pisləyən geniş etiraz aksiyaları keçirilib.
Tehran, Təbriz, Məşhəd, İsfahan, Bocnurd, Şiraz, İsfahan, Ərdəbil, Sari, Yəzd və sair şəhərlərdə keçirilən etiraz aksiyalarında iğtişaşlar pislənilib.
Qeyd edək ki, İranda iğtişaşları pisləyən və ölkənin bütün bölgələrini əhatə edən ilk aksiyalar ötən həftənin cümə günü keçirilmişdi.
Xatırladaq ki, İranda 10 gün öncə Məhsa Əmini adlı 22 yaşlı qızın Polis idarəsində öldürülməsi iddiasından sonra kürdlərin yaşadığı Sənəndəc rayonunda etirazlar başlayıb. Daha sonra digər bölgələrə sirayət edən etirazlar az keçməmiş iğtişaşlara çevrilib. Qeyri rəsmi mənbələrin məlumatına görə indiyə kimi İranın təhlükəsizlik qüvvələrindən 10, etirazçı və iğtişaşçılardan isə 15 nəfər ölüb.