AktualAktualArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Kəşfiyyat Nazirliyi: Şiraz terror cinayətinin istiqamətləndirmə və əlaqələndirməsinin əsas ünsürü Azərbaycan Respublikası vətəndaşı olub

Kəşfiyyat (Ettelaat) Nazirliyi Şirazda baş vermiş terror cinayəti ilə bağlı bəyanat yayıb və hadisənin təfərrüatlarını açıqlayıb.
Qafqaz Həqiqətləri-nin “Fars” Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Kəşfiyyat Nazirliyi Şirazda baş vermiş terror cinayəti ilə bağlı bəyanat yayıb və hadisənin təfərrüatlarını açıqlayıb. Bəyanatda deyilir:
Həzrət Əhməd bin Musanın (əleyhissalam) hərəmində törədilən terror hadisəsi əməliyyatçılarının həbsi ilə bağlı 9 abanda (31 oktyabr) verilən açıqlamadan sonra əldə edilən məlumatların digər bir hissəsini nəcib İran xalqının diqqətə çatdırılır:
-
4 abanda (26 oktyabr) baş verən terror hadisəsindən dərhal sonra İmam Zamanın (əc) naməlum əsgərlərinin başlatdığı əməliyyatlar silsiləsi gecə-gündüz və fasiləsiz davam edib. Bu təqiblər informasiya, əks-kəşfiyyat, təhlükəsizlik və texniki ölçülərdə davam etmişdir və bu nazirliyin ən mürəkkəb və geniş antiterror əməliyyatlarından biri olmuşdur.
-
İndiyədək aparılmış silsilə müşahidələr, araşdırmalar və əməliyyatlar cinayəti istiqamətləndirən, onu həyata keçirən və həmin terror aktını təmin edən bütün ünsürlərin müəyyən edilərək həbs edilməsinə səbəb olub. Bundan əlavə, oxşar əməliyyatlar üçün ölkəyə daxil olan bir sıra digər amillər də həbs edilib. Beləliklə, indiyədək 26 təkfirçi terrorçu həbs edilib.
-
Həbs olunanların hamısı Azərbaycan Respublikası, Tacikistan və Əfqanıstandan olmaqla əcnəbi vətəndaşlardır.
-
Ölkə daxilində əməliyyatların istiqamətləndirilməsi və əlaqələndirilməsinin əsas ünsürü Azərbaycan Respublikasının vətəndaşıdır. O, Bakıdakı Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşən reyslə İmam Xomeyni (r) Hava Limanının hava sərhədi vasitəsilə ölkəyə daxil olmuşdur. Həmin şəxs Tehrana gəldikdən sonra Azərbaycan Respublikasındakı əlaqələndirici amilə özünün çatdığını bildirib. Dərhal İŞİD-in Əfqanıstandakı əməliyyat qərargahı vasitəsilə İŞİD-in əcnəbi vətəndaşları şəbəkəsi ilə əlaqə saxlayıb və onlara Tehranda olması barədə məlumat verib.
-
Şirazdakı əməliyyat səhnəsinin təminatçı üzvü Əbu Bəsir ləqəbli Məhəmməd Ramiz Rəşidi adlı əfqanıstanlı və müqəddəs ziyarətgahda atəş açan şəxs Tacikistan vətəndaşı olan Əbu Ayişə ləqəbli Sübhan Komruni olmuşdur.
-
Adı çəkilən terrorçular Fars, Tehran, Əlborz, Kirman, Qum və Rəzəvi Xorasan vilayətlərində təqib edilərək həbs ediliblər. Onlardan bəziləri ölkədən qaçarkən şərq sərhədlərində həbs edilib.
-
Adı çəkilən terrorçulardan bəziləri Zahidan da daxil olmaqla, digər şəhərlərdə terror əməliyyatları həyata keçirmək üçün lazımi tədbirləri hazırlayıb, təmin edirdilər.
Həzrət Əhməd bin Musanın (əleyhissalam) ziyarətgahının şəhidlərinin haqsız axıdılan qanları təkfirçi cinayətkarların niyyətlərinin və sonrakı hədəflərinin aşkar edilməsinə və bir neçə digər terror əməliyyatının qarşısının alınmasına səbəb oldu.
-
Hərtərəfli məlumat-texniki izləmə və tədqiqatlar gecə-gündüz və ölkə miqyasında davam edir. Əvvəlki açıqlamalarda da qeyd olunduğu kimi, bu hərtərəfli təhqiqatlar Şahçaraq ziyarətgahı faciəsində iştirak edən sonuncu təkfirçi terrorçunun ölkə daxilində və ya xaricdə olması müəyyən edilərək cəzalandırılana qədər davam edəcək. Şübhəsiz, Vətənin kədərə batmış Artinləri Arşamların qisasının alındığını görəcək, inşallah.