Islam
Həzrət İmam Xomeyninin (r) məzhəbi zəmində fitnəkarlıq törədən şəxslərə vəsiyyəti

Həzrət İmam Xomeyninin (r) siyasi-ilahi vəsiyyətnaməsindən bir parça
Müxtəlif məqsədlərlə İslam Respublikasına qarşı olan, fitnəkar müxaliflərə və siyasi oyunçulara kömək göstərən, bu yolda istifadə etmək üçün Allahdan xəbərsiz kapitalistlərdən yüksək miqdarda pul alan ruhanilərə və ruhaninümalara vəsiyyətim budur ki, sizlər bu qələt işlərinizdən, səhvlərinizdən bu günədək heç bir fayda əldə etməmisiniz və güman etmirəm ki, bundan sonra da nəsə bir fayda əldə edəsiniz. Əgər dünyanız üçün bu işləri görürsünüzsə, (əlbəttə Allah qoymayacaq siz öz çirkin məqsədlərinizə çatasınız) daha yaxşı olar, nə qədər ki, tövbə qapısı açıqdır, Allah dərgahında üzr istəyəsiniz, məzlum, ehtiyaclı millətin səsinə səs verəsiniz və millətin fədakarlığı ilə əldə olunmuş İslam Respublikasını himayə edəsiniz. Çünki dünya və axirət xeyiri bundadır. Əlbəttə tövbəyə müvəffəq olacağınızı güman etmirəm.
Lakin o şəxslər ki, bəzi səhvlər, xətalar səbəbindən (istər bilərəkdən, istər bilməyərəkdən) İslam Respublikasının əsasına müxalifdirlər, bu hökumətə qarşıdırlar və Allaha xatir ona qarşı fəaliyyət göstərirlər, elə güman edirlər ki, bu respublika şah rejimindən daha pisdir, yaxud onun kimidir, saf niyyətlə bir xəlvətə çəkilib düşünsünlər, insafla müqayisə etsinlər, bu hökuməti əvvəlki sabiq rejimlə müqayisə etsinlər. Bir daha nəzərə alsınlar ki, dünya inqilablarında xaos, səhv addımlar, sui-istifadələr, fürsəttələbliklər qaçılmazdır.
Siz bir daha bu respublikanın problemlərini nəzərə alın. O cümlədən yalançı təbliğatlar, fitnələr, xaricdən silahlı hücumlar, İslam müxalifləri və fəsad əhlindən olan dəstələrdən dövlətin bütün orqanlarına nüfuz etmiş şəxslər, əksər məsul şəxslərin təcrübəsiz olması, əslində haram və qeyri-qanuni olan yüksək məbləğdə gəlirdən istifadə elə bilməyən şəxslərin yalan şayiləri, şəriət qazilərinin olduqca az saylı olması, ağır iqtisadi problemlər, neçə milyon sayı olan məsul şəxslərin təmizlənməsi, paklandırılması, saleh işçilərin və mütəxəssislərin azlığı və bir çox başqa problemlər! Əgər insan özü bu dərəyə düşməsə bütün bunlardan xəbərdar ola bilməz.
Digər bir tərəfdən böyük kapital sahibi olan qərəzli şəxslər, sələmçilik, baha satmaq kimi işlərlə, qaçaqçılıqla, sərvət toplamaqla cəmiyyətdə ehtiyaclı şəxslərin sıxıntı, problem altında saxlayan, cəmiyyəti fəsada düçar edən bu şəxslər sizin yanınıza şikayətə gəlirlər və bəzən də sizi inandırmaq və özlərini xalis müsəlman göstərmək üçün bir qədər xüms verirlər və timsah göz yaşı tökürlər, sizləri əsəbləşdirirlər, İslam Respublikasına qarşı müxalif olmağa vadar edirlər. Bu şəxslərin bir çoxu qeyri-şəri istifadələrlə, faydalanmalarla xalqın qanını sovururlar və ölkənin iqtisadiyyatına böyük zərbə vururlar.
Mən qardaşcasına, təvazökarlıqla nəsihət edirəm ki, bu cür şayiələrin təsiri altına düşməyin və Allah üçün, İslamı yaşatmaq üçün bu respublikanı gücləndirməyə çalışın. Bilin ki, əgər bu İslam Respublikası məğlub olsa, onun yerinə Bəqiyyətullahın ( canımız ona fəda olsun) istədiyi bir İslam rejimi qurulmayacaq, yaxud siz cənablara tabe olacaq bir rejim gerçəkləşməyəcək. Əksinə elə bir rejim yaranacaq ki,dünyadakı iki böyük qütübdən birinin istəyinə tabe olacaq. İslama və İslam hökumətinə üz gətirən dünya mərhumları, məzlumlar naümid olacaqlar və İslam həmişəlik olaraq guşənişin olacaq. Siz elə bir vaxt öz əməlinizdən peşman olacaqsınız ki, artıq peşmançılıqın heç bir faydası olmayacaq. Əgər istəyirsənizsə, bir gecədə bütün işlər İslama və Allahın təyin etdiyi hökmlərə uyğun olsun, bu səhvdir. Bütün tarix boyu belə bir möcüzə baş verməyib və verməyəcək. O gün ki, inşəallah böyük islahatçı zühur edəcək, güman etməyin ki, möcüzə olacaq və bir gündə bütün dünya düzələcək; əksinə səylər, fədakarlıqlar nəticəsində zalımlar məhv olacaq. Əgər siz də həmin avamlar kimi elə düşünürsünüzsə ki, o böyük şəxsin zühuru üçün küfr və zülmün gerçəkləşməsinə çalışmaq lazımdır ki, nəticədə zülm hər yeri bürüsün və onun zühurunun müqəddiməsi yaransın, bu zaman “fə innə lillah və inna iləyhi raciun.”
yazidan istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!