ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Amerika qəzeti: “ABŞ Ukraynaya qarşı öz maraqlarına uyğun hərəkət edəcək”

Amerikanın “Hill” qəzeti dərc etdiyi məqalədə Amerikanın Ukraynaya Əfqanıstan kimi davranaraq onu tərk etməsinin mümkün olduğunu yazıb:
“Nə vaxtsa ABŞ Ukraynaya qarşı öz maraqlarına uyğun hərəkət edəcək. Necə ki, Tramp administrasiyası Əfqanıstandan qoşunların çıxarılması ilə bağlı danışıqları Əfqanıstan hökuməti ilə deyil, Talibanla həyata keçirdi”.
Yazının davamında belə bildirib:
“Bəzi Pentaqon rəsmiləri Ukraynadakı münaqişəni Böyük Rusiya və Kiçik Rusiya arasında gedən döyüş kimi təsvir edir. Bu o deməkdir ki, Ukrayna dövləti müharibənin uzanacağı təqdirdə güclü Rusiyanı məğlub edə bilməyəcəkdir”.