“Problemlərlə qarşılaşmaq üçün Hacı Qasim kimi örnəyə ehtiyacımız var.

Livan Hizbullahının baş katibi şəhid general Qasim Sülymaniyə həsr olunmuş “müqavimət ədəbiyyatı” adlı müsabiqənin mükafatlandırma mərasimində deyib: Bu günkü problemlərlə qarşılaşmaq üçün Hacı Qasim kimi örnəyə ehtiyacımız var.
S.H.Nəsrullah həmçinin deyib: Şəhid Süleymani təkcə İraq, Livan yaxud Suriyanın şəhidi deyil. Əslində o dünyaşümul bir şəxsiyyətdir. O, Amerikanın regionda işğal siyasətini yürütməsinə mane idi.
Livan Hizbullahının baş katibi vurğulayıb: Qasim Süleymani “böyük İsrail” yaradılması layihəsinin zərərsizləşdirilməsi sahəsində böyük rol oynayırdı. Onun mənəvi gücü ətrafındakı insanlara qorxusuzluq hissi verirdi.
Seyid Həsən Nəsrullah son zamanlar Fələstində müqavimət qruplarının son dərəcə aktivləşməsinə işarə edərək deyib: Fələstinlilərin mübarizəsi günü-gündən güclənir. Hər gün bir neçə mübariz qüvvənin şəhid olmasına baxmayaraq xalq müqavimətini daha da şiddətləndirir.