“Atama qarşı münasibət dəyişməsə quru aclığa keçəcək”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Zamin (Əlizamin) Salayev 1 saylı Bakı İstintaq Təcridxanasında 45 gündür aclıq edir və hələ də həkim nəzarəti yoxdur..
qafqaz.ir/az Turan-a istinadən xəbər verir ki, bu barədə Salayevin oğlu Oqtay Salayev atası ilə telefon danışığından sonra bildirib.
“Atamın səhhəti yaxşı deyil. Tez-tez huşunu itirərək bayılır. 30 kiloqramadək arıqlayıb. Buna baxmayaraq, aclığı davam etdirməkdə israrlıdır. Dedi ki, nə qədər girovluqada olacaq, aclığı davam etdirəcək. Hələ də həkimlər onu müayinə etməyib. O, hələ də təcridxananın tibb-sanitar hissəsinə köçürülməyib. Atam dedi ki, ona qarşı münasibət dəyişməsə, quru aclığa keçəcək və su içməkdən imtima edəcək”, – deyə Salayevin oğlu qeyd edib. .
Xatıraldaq ki, Zamin Salayev azad edilməsini və ona qarşı qondarma cinayət işinə xitam verilməsini tələb edir