Aktual

Moskva Aleksey Navalnını qəhrəman kimi qarşılayıb

FaktXəbər-in verdiyi məlumata görə, Rusiyada muxalifət lideri Aleksey Navalnının Kirov Məhəkəməsinin qərarı ilə növbəti prosesə qədər azadlığa buraxılması onun tərəfdarlarını xeyli sevindirib. Muxalifət liderinin Moskvadakı Yaroslavsk stansiyasına gəlişini qeyd edən əhali əllərində çiçək və plakatlarla onu qarşılayıb.

Qeyd edək ki, insanların onu qarşılamaq üçün bir yerə toplaşmasını təqdir edən Aleksey Navalnı hamıya buna görə minnətdarlığını bildirib.

Məlumat üçün bildirək ki, siyasətçi, bloqçu və vəkil Aleksey Navalnı 5 il müddətinə azadlıqdan məhrum edilib. O, 2009-cu ildə Kirov vilayəti qubernatorunun müşaviri vəzifəsində çalışarkən Pyotr Ofitserov və “Kirovles”in baş direktoru Vyaçeslav Opalevlə cinayət əlaqəsinə girərək müəssisəyə məxsus əmlakı (10 min kubmetrdən çox taxtanı) mənimsəyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button