ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər
Hicran Rüstəmovun həbs müddəti uzadılıb

Qafqaz Həqiqətləri xəbər verir ki, Naxçıvanın Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədri Hicran Rüstəmovun həbs müddəti daha 3 ay uzadılıb.
Qeyd edək ki, Hicran Rüstəmov ötən ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidmətində başlanan cinayət işi üzrə həbs edilib.
O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Muxtar Respublika ərazisində tikinti və abadlıq işlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulan “xüsusilə külli miqdar” təşkil edən ümumilikdə 212 milyon 361 min manat dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir.