Suriyada döyüşən azərbaycanlı öldürüldü

Suriyada üsyançıların azadlıq ordusu tərkibində döyüşən azərbaycanlılardan biri Suriya ordusu tərəfindən öldürülüb
Bu barədə Moderator.az-a Suriyada öldürülən Tərtər rayon sakini Ənvər Zeynalovun yaxınları məlumat verib. Məlumatda qeyd olunur ki, Ənvər Zeynalovun cənazəsini Azərbaycana gətirmək mümkün olmayıb. Mərhumun yaxınları Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciət etsələr də heç bir nəticə alınmayıb. Sonda Ənvər Zeynalov elə Suriyada dəfn edilib.
Tərtər rayonunda isə mərhumun yas məclisi təşkil olunub. Mərhumun valideyinlərinin yaşadığı Teymur Əmrahov küçəsində təşkil olunan mərasimdə yerli əhalidən daha çox vəhhavi təriqətinə qulluq edənlər iştirak edib.Tərtər Rayon Polis Şöbəsinin sahə rəisi Şahin Hüseynov açıqlamasında faktı təsdiqləyib. Sahə rəisi hüzr mərasiminin sakit şəkildə keçdiyini də deyib.Xatırladaq ki, bir neçə ay əvvəl Suriyada döyüşən azərbaycanlıların video müraciəti də yayılmışdı….
P.S. Suriyaya gedən azərbaycanlı vəhabilərin əksəriyyəti terror təşkilatı olan “Əl Qaidə”nin Suriya qolu olan “Nusra cəbhəsi” və onun sərbəst qollarına qoşulurlar.