Hüseyn Əmir-Abdullahiyan həmçinin ümid etdiyini bildiribdir ki, Türkiyənin yeni hökumətində iki ölkə arasındakı əməkdaşlıq, iki ölkə prezidentlərinin iradələri və istəkləri əsasında davam edəcək.
İran xarici işlər naziri həmçinin Mövlud Çavuşoğlunun Ədalət və İnkişaf Partiyasının nümayəndələrindən biri kimi Türkiyə parlament seçkilərindəki uğurunu təbrik,/ iki ölkənin müxtəlif sahələrdəki əməkdaşlıqlarının vacibliyinə təkid edib.
O, habelə cənab Ərdoğanın cənab doktor Rəisini Türkiyə prezidentinin andiçmə mərasimində iştiraka dəvət etməsinə işarə edib. Bildirib ki, İran İslam Respublikası bu mərasimdə ən yaxşı səviyyədə iştirak edəcək.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da bu telefon danışığında telefon əlaqəsi saxlaması və təbrik mesajına görə, İran xarici işlər nazirinə təşəkkür edib.
Yeni hökumətdə hər hansı vəzifədə oluramsa-olum, İranla əməkdaşlıqların inkişafı üçün səy göstərəcəyəm, çünki/ İranla əlaqələrin/ Türkiyə üçün böyük önəmi var- deyə, Çavuşoğlu vurğulayıb.