ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

“Tehran ABŞ-dan lazımi zəmanət alıb”

“Cənubi Koreyada bir neçə ildir ABŞ tərəfindən qanunsuz olaraq dondurulmuş İran İslam Respublikasının aktivlərindən milyardlarla dolların azad edilməsi prosesi başlayıb. İran Amerikanın bununla bağlı öhdəliklərinə əməl etməsi üçün lazımi zəmanət alıb.
Xarici bankların ABŞ-ın amansız sanksiyalarından narahatlığı səbəbindən qeyri-qanuni bloklanan və ya istifadəsi çətinləşdirilən İran İslam Respublikasının maliyyə resurslarına qoyulan məhdudiyyətlərin aradan qaldırılması hər zaman Xarici İşlər Nazirliyinin gündəmində olub.
Sözü gedən resurslardan və maliyyə aktivlərindən istifadə üsulu İran İslam Respublikasının ixtiyarındadır və bu vəsaitlər səlahiyyətli orqanlar tərəfindən müəyyən edilməsi ilə ölkənin müxtəlif ehtiyacları üçün xərclənəcək.
Qeyri-qanuni dondurulmuş maliyyə vəsaitlərinin azad olunmasına çalışmaqla yanaşı, bütün dünyada iranlıların hüquqlarını qorumaq da Xarici İşlər Nazirliyinin əsas vəzifələrindən biridir. Bu kontekstdə ABŞ-ın amansız sanksiyalarından yayınmaq kimi saxta ittihamlarla ötən illər ərzində bu ölkədə qanunsuz olaraq həbs edilmiş bir sıra günahsız iranlı məhbusların azadlığa buraxılması diplomatik sistem tərəfindən ciddi şəkildə izlənilib. Bununla bağlı ABŞ tərəfindən qanunsuz olaraq saxlanılan bir sıra məhbusların azadlığa buraxılması tezliklə reallaşacaq”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button