ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ankarada kamikadze hücumuna cəhd

Türkiyənin daxili işlər naziri Əli Yerli Kaya bu haqda belə deyib: İki terrorçu bu gün səhər saat doqquz-otuz dəqiqədə bir minik avtomobili ilə parlamentin qarşısında yerləşən polis binasına qarşı kamikadze hücumu həyata keçirməyə səy göstərib, amma təhlükəsizlik qüvvələrinin vaxtlı reaksiyası ilə bu hərəkət zərərsizləşdirilibdir.
Kayanın sözlərinə görə, hər iki terrorçu öldürülüb. Bu hadisədə iki təhlükəsizlik qüvvəsi cüzi şəkildə yaralanıb.
Partlayış məkanına çıxan bütün yollar bağlanıb. Ətraf küçələrdə xüsusi qüvvələr şübhəli bağlamaları zərərsizləşdirməklə məşğul olublar.
Bu hücumun fonunda qeyd edək ki, Türkiyə parlamenti bu gün işə başlamalıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button