ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Rəsmi Moskva sülhməramlılara təlabatın olduğunu deyir

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Qarabağda müvəqqəti yerləşən sülhməramlı kontingentinə təlabatın olduğunu deyir.
Nazir müavini bu təlabatın gələcəkdə də zəruri olacağını vurğulayıb.
Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri ilə əlaqələrə nəzarət edən Mixail Qaluzin bunu oktyabrın 9-da RBC-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, bölgədə qalan Qarabağ sakinlərini sakitləşdirmək məsələsi qalır:
“Bu gün Qarabağı tərk edənlərin bəzilərinin hansısa mərhələdə geri qayıtmağa qərar verəcəyini istisna etmək olmaz. Sülhməramlıların olması isə bu insanlar üçün əlavə sakitlik amili olacaq. İkincisi, Bakı ilə Stepanakert (Xankəndi) arasında təmaslar sülhməramlıların vasitəçiliyi ilə həyata keçirilir. Qarabağın gələcək inkişafı ilə bağlı çox mürəkkəb məsələlər də Rusiya sülhməramlılarının köməyi ilə Qarabağ ermənilərinin nümayəndələri və Azərbaycanın hakimiyyət orqanları arasında həll olunur”.
M.Qaluzinin sözlərinə görə, sülhməramlıların sonrakı mövcudluğunun hansı üsullarla həyata keçirilə biləcəyi məsələsi müəyyən edilmiş kanallar vasitəsilə Moskva və Bakı arasında müzakirəyə çıxarılacaq və həll olunacaq.
Ermənistan və Azərbaycan rəsmilərinin görüşünə gəlincə, Qaluzin bildirib ki, oktyabrın 12-də Bişkekdə MDB sammitinin tədbirləri çərçivəsində xarici işlər nazirləri səviyyəsində belə müzakirələrin aparılması imkanını nəzərdən keçirirlər:
