ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
“Rusiya qeyri-legitim rejimləri təhdid altında saxlayır ki, ondan bərk yapışsınlar”

Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov ABŞ və onun müttəfiqlərinin MDB ölkələrində vəziyyəti pozmaq və mövcud inteqrasiya formatlarını məhv etmək üçün genişmiqyaslı səylərə başladıqlarını iddia edib.
Bortnikov bu barədə oktyabrın 11-də Bakıda keçirilən MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının (SORB) iclasında danışıb:
“Bizim əvvəlki görüşümüzdən sonra beynəlxalq vəziyyət xeyli mürəkkəbləşib ki, bu da MDB məkanında əsas problemlərin nəzərəçarpacaq dərəcədə kəskinləşməsinə və yeni təhlükələrin yaranmasına gətirib çıxarıb”.
“ABŞ və onun müttəfiqləri Birlik ölkələrində vəziyyətin sarsıdılması və arzuolunmaz dövlətlərə sanksiya təzyiqinin göstərilməsi, loqistika marşrutlarının bağlanması və yeni nəqliyyat dəhlizlərinin yaradılması, bununla da qlobal iqtisadi böhranın mənfi nəticələrinin artması istiqamətində genişmiqyaslı iş aparır”, – deyə Bortnikov əlavə edib.
Onun sözlərinə görə, kollektiv Qərb beynəlxalq hüququn müəyyən edilmiş normalarına etinasız yanaşır.
Bununla yanaşı, MDB ölkələri ilə onların qonşuları arasında mövcud dostluq münasibətlərinə zərbə vuraraq, şantaj və müxalifləri qorxutmağın ən təsirli formalarını axtarır:
“Qərblilərin xüsusi səyləri nəzarətsiz dövlətlərarası birlikləri məhv etməyə və onların iştirakçılarını alternativ formatlara cəlb etməyə yönəlib ki, bu da qurulmuş ticarət, iqtisadi, siyasi, mədəni və tarixi əlaqələri kəsir. Əsas hədəflər arasında Avrasiya məkanında inteqrasiya layihələridir, söhbət MDB-dən, KTMT və Şanxay Əməkdaşlıq Təşkilatından gedir”.

Bortnikov həmçinin bildirib ki, Qərbin zərbə üsulları arasında qeyri-hökumət təşkilatları və media əsas rol oynayır:
“Məqsəd siyasi böhranlar və rəngli inqilab ssenariləri üçün ilkin şərait yaradan etnik və dini ədavəti qızışdırmaq, ekstremist və terrorçu qruplar üçün “qidalı mühitə” çevrilən gənclərin və cəmiyyətin digər ən həssas təbəqələrinin radikallaşması zorakılığı və saxta dəyərləri təbliğ edən subkulturalara cəlb olunmasına dəstək verməkdir“.
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu isə əksinə düşünür.
O Meydan TV-yə deyib ki, ABŞ və müttəfiqlərinin belə bir planı yoxdur:
“Vaşinqtonun yeganə planı müttəfiqlərini qorumaqdır. Xüsusən də Ukraynanın müdafiəsi Qərb üşün prioritetdir. Mən Qərbin “mələk” olduğunu iddia etmirəm. Amma Qərb hansısa addım atanda, yəni hansısa ölkədə qeyri-sabitlik yaratmaq istəyəndə “yumşaq güc”dən istifadə edir. Bu da vətəndaş cəmiyyəti institutları, kəşfiyyatı, müxtəlif media resurslarını əhatə edir. Hətta Gürcüstan başda olmaqda, postsovet ölkələrində bunların heç biri yoxdur. Artıq Tbilisidə də USAİD-ın təlim keçirməyə gələn nümayəndələrini qovurlar. Belə olanda Qərb nə ilə sabitliyi pozacaq?”.
Ə.Oruclu hesab edir ki, Bortnikovun çıxışı xofdan başqa bir şey deyil:
