Aktual
ADNA-da yenidən hicab qadağası

Akademiyanın tələbələri deyiblər ki, hazırda tətil olduğundan bu qanunsuzluq elə də nəzərə çarpmır
Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) tələbələrinin verdiyi məlumata əsasən, ADNA-da yenidən hicablı tələbələrə qarşı qanunsuzluq halları baş qaldırıb.
Tələbə xanımlar bilidiriblər ki, sənədləşmə və digər işlərlə bağlı ADNA-ya gələn hicablı tələbələrə içəri keçməyə icazə vermirlər.Onlar əməkdaşımıza deyibər ki, təhsil ocağının binasına keçmək istəsələr də nəzarətçilər buna mane olublar.Akademiyanın tələbələri deyiblər ki, hazırda tətil olduğundan bu qanunsuzluq elə də nəzərə çarpmır. Amma yəqin ki dərs ili başladıqdan sonra ADNA rəhbərliyinin Azərbaycanın da qoşulduğu beynəlxalq konvensiyalara və Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq özbaşına şəkildə hicabı qadağan etmək qərarı yenidən bir çox problemlərə səbəb olacaq.(İslamazeri.az)