Rəisinin Moskva səfəri dünya medialarında

İran İslam Respublikası prezidenti Seyid İbrahim Rəisinin Moskvaya səfəri bir çox beynəlxalq informasiya mediasında öz əksini tapıb.
Assoşieyted-Press informasiya agentliyi bu səfərə həsr etdiyi reportajında qeyd edibdir ki: Putin İsrail-Həmas müharibəsini Birləşmiş Ştatlar üçün diplomatik məğlubiyyət hesab edir və belə təklif edir ki; Moskva/ İsrail və fələstinlilərlə olan səmimi əlaqələri hesabına, vasitəçi rolunu oynaya bilər.
Assoşieyted-Press həmçinin Rəisinin sionist rejim tərəfindən Qəzzə zolağının bombalanmasının dərhal durdurulması vacibliyinə dair sözlərinə təkid edib.
Bu arada, çoxtirajlı «Le Fiqaro» qəzeti kimi fransız medialar da Rəisinin Qəzzə barədəki sözlərini əks etdiriblər.
Rusiyanın TASS informasiya agentliyi isə öz reportajında Kremlə istinadla yazıb: Putin və Rəisi Moskva danışıqları gedişində nəqliyyat və energetika sahələri də daxil olmaqla ticari və iqtisadi əməkdaşlıqlar barədə söhbət edəcəklər.
Putinin Birləşmiş Ərəb Əmirlikləri və Ərəbistana olmuş son səfərlərinə toxunan Amerikanın NBC informasiya saytı da qeyd edibdir ki, Rusiya regionda vasitəçi rolunu oynamağa çalışır.