ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycanda qızılca can almaqda davam edir

2017-ci il təvəllüdlü Sarıca kənd sakini müalicə olunduğu Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində dünyasını dəyişib.

Ötən milad ilinin axırlarından başlayaraq Azərbaycan Respublikasında uşaqlar arasında yayılan qızılca xəstəliyi indiyədək 10 uşağın həyatınna son qoyub.

Vəfat edən uşaqlar Cəlilabad rayonunun Sabirabad kəndindən ,Lənkəran rayonunun Şirinsu qəsəbəsindən, Şəmkir rayonundan,Şirvan rayonundan, Qaradağ rayonunun Qobustan qəsəbəsindən olublar.

Qeyd edək ki, qızılca xəstəliyinin qarşısının alınması üçün uşaqlar 12-15 aylığında eləcə də 4-5 yaşında ümumiyyətlə iki dəfə peyvənd edilməlidir.

İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə uşaqların Qızılca xəstəliyinə immunitet yaratmaq üçün peyvənd edilmələri ümumölkə proqram çərçivəsində dövlətlər tərəfindən müntəzəm şəkildə həyata keçirilir.

Azərbaycan Respublikasının ayrı-ayrı rayonlarında qızılcadan həyatını itirən uşaqların vaxtında peyvən olunub-olunmaması barədə məlumat yayılmasa da, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatında bildirilir ki, “Azərbaycanın bəzi bölgələrində qızılca virusuna yoluxma halları qızılca əleyhinə peyvənd olunmayan uşaqlar arasında qeydə alınıb.”

Ümumdünya Səhiyyə Təşkilatı inkişaf etməmiş ölkələrdə daha çox yayğın olan qızılcanı cilovlamaq üçün uşaqların 6 və 9 aylıqlarında iki dəfə peyvənd olunmalarını tövsiyə edib.

Qızılca xəstəliyinin əlacı yoxdur ona görə də uşaqların peyvənd edilməsi böyük əhəmiyyətə malikdir. Peyvənd olunan uşaqlarda nadir hallarda baş veərn yoluxma halalrında isə qızdırmanı salmaq üçün “Parasetamol” (asetaminofen) və “Ibuprofen”-dən istifadə olunmalıdır. Həmçinin qızılcanın müşahidə olunduğu yerdə digər uşaqlar və şəxslər peyvənd edilməlidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button