CNN Pentaqon rəsmilərinə istinadən verdiyi məlumatda bildirilir ki, İordaniya və Suriya sərhədində Amerika qüvvələrinin mövqelərinə hücum nəticəsində 3 amerikalı əsgər məhv edilib, 34 nəfərə yaxını isə yaralanıb.Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bu xəbəri təsdiqləyib.Xatırladaq ki, İraq müqavimət hərakatı amerikalıları bölgədən qovmaq və Qəzzə əhalisinə kömək etmək məqsədi ilə dəfələrlə ABŞ-ın İraq və Suriyadakı hərbi bazalarına zərbələr endirib. Bayden bu gün çıxışında üç Amerika əsgərinin öldüyünü təsdiqləyib.