ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Ermənistan konstitusiyasını mütləq dəyişdirməlidir

Azərbaycan Xarici İşlər Nazirliyi növbəti dəfə birmənalı olaraq Ermənistandan Konstitusiyanın dəyişdirilməsini tələb edib.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bu barədə bildirib: “Ermənistan Konstitusiyasında və qanunvericilik aktlarında ərazi bütövlüyümüz və suverenliyimizə qarşı iddiaların aradan qaldırılması zəruridir”.
Onun sözlərinə görə, bölgədə sülh və sabitliyin təminatının yolu ərazi bütövlüyünün və suverenliyin təsdiq olunması və hörmət edilməsi əsasında qonşu ölkələrlə münasibətlərin qurulmasından və sülhün bərqərar olunması üçün Azərbaycanla birbaşa konstruktiv danışıqlardan keçir.