ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
İranda İŞİD-in terror əməliyyatı dəstəsinin başçısı yaxalanıb

İran İslam Respublikası nizam-intizam qüvvələri baş komandanlığının sözçüsü Tehrandan qərbdə yerləşən Kərəc şəhərində İŞİD terror qruplaşmasının baş üzvü və terror əməliyyatı dəstəsi başçısının ələ keçirilməsindən xəbər verib.
General pasdar Səid Müntəzir Əlməhdi bildiribdir ki, İŞİD terror qruplaşmasının baş üzvü və terror əməliyyatı dəstəsinin başçısı «Rameş» ləqəbilə tanınan Məhəmməd Zakir Kərəcin Mahdəşt qəsəbəsində ələ keçirilib.
Sözügedən əməliyyatın detallarını açıqlayan İran polisinin sözçüsü deyib: Bu şəxslər iki ayrı-ayrı əməliyyatda təhlükəsizlik qüvvələrinin kəşfiyyat toruna düşüblər və onların avtomobilinə atəş açılarkən üç nəfərə güllə dəyib və ələ keçirilibdir.
Bu şəxslər Fitr bayramında kamikadze əməliyyatı keçirməyi planlaşdırırmışlar.
Həmçinin terrorçuları müşayiət edən səkkiz nəfər də yaxalanıbdır. Bu terror dəstəsinin əlaqələri və hərəkət tərzi barədə mükəmməl xəbərlər sonradan yayılacaqdır.