Malayziyanın baş naziri Ənvər İbrahim müsəlman ölkələrini sionist rejimin cinayətlərinə etiraz etməyə və bu rejimi ədalət məhkəməsinin qarşısına çıxarmağa çağırıb.
İRNA-nın verdiyi məlumata görə, Malayziyanın baş naziri çərşənbə axşamı deyib: “İsrail rejiminin fələstinlilərə qarşı törətdiyi cinayətlər və zülmlərə görə ədalət qarşısında cavab verməsi zəruridir”.
O əlavə edib ki, bütün tərəflər İsrailin Fələstin torpaqlarına qanunsuz müdaxiləsi və işğalına etirazlarını bildirməlidirlər”.