Biləsuvar gömrüyündə İrana getmək istəyən vətəndaşlar qonşu ölkəyə buraxılmır.
Bu barədə azadlıq.info-ya sərhəddə saxlanılan vətəndaşlar məlumat verib. “Heç bir səbəb olmadan yüzlərlə vətəndaşı saxlayıblar. Salıblar bizi bir qəfəsə. Nə baş verdiyini izah etmirlər. Burda artıq ürəyi gedənlər də var”,-deyə vətəndaşlar bildirib. Onların sözlərinə görə artıq əsəbləri tarıma çəkilib. Mövzunu diqqətdə saxlayırıq./azadliq.info/