ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İran: İsrail rejiminin region təhlükəsizliyinə zərbə vurmasına icazə verməyəcəyik

İran XİN rəsmisi suriyalı həmkarı ilə telefon söhbətində İranın sionist rejimə qəti cavab verəcəyinə işarə edərəj işğalçı rejimin regionda təhlükə yaratmasına icazə verməyəcəyini vurğulayıb.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, İran XİN vəzifəsinin icraçısı Əli Baqiri bu gün (7 avqust) Suriya XİN başçısı Feysəl Miqdadla telefon söhbətində deyib: Tel Əviv Tehran, Yəmən və Beyrutda törətdiyi cinayətlərlə Qərbi Asiyada bir quldur olmaq istəyir. ABŞ və bəzi Qərb ölkələrinin dəstəyinə arxalanaraq müxtəlif tipli terrorlarla regionda təhlükəsizliyi pozmaq niyyətini güdür.
Əli Baqiri İranın sionist rejimin Tehran terroruna qəti cavab verəcəyi barədə deyib: İran Tel Əvivin qanunsuz və həyasızca törətdiyi cinayətləri hesabına regionun təhlükəsizliyini pozmasına icazə verməyəcək.
Feysəl Miqdad da bu danışıq zamanı İsrail rejimi terrorlarını kəskin pisləyərək İranla olan diplomatik əlaqələrinə əsaslanaraq rəsmi Tehranı dəstəklədiyini qeyd edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button