Yerevan NATO ilə həmkarlığını möhkəmlətmək istəyir.
Qafqaz.ir RİA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan NATO-nun yeni Baş katibi Mark Rütteyə olan təbrik mesajında bildirib.
“Ermənistan və NATO arasındakı həmkarlığın möhkəmlədilməsinin davam etdirilməsi məqsədilə bizim möhkəm əməkdaşlığımıza ümid edirik“, – deyə o qeyd edib.
Mirzoyanın sözlərinə görə, Ermənistan və NATO-nun həmkarlığı ortaq dəyərlərə və “daha təhlükəsiz və dinc gələcəyin təmin edilməsində” ortaq baxışın olmasına əsaslanır.
Xatırladaq ki, Ermənistanla NATO arasında Fərdi Tərəfdaşlıq Fəaliyyət Planı mövcuddur. Oxşar saziş Gürcüstan, Azərbaycan, Qazaxıstan, Moldova, Bosniya və Herseqovina, Serbiya ilə NATO arasında da mövcuddur. Ukrayna isə hərbi bloka üzvlük üçün müraciət edib.