Az.shafaqna.com İranın Ali lideri Ayətullah Xameneinin bugünkü cümə xütbəsinin 2-ci hissəsinin tam mətnini təqdim edir.
O, sözlərinə Allahın adı ilə başlayaraq, 14 məsumə salam və salavat deyərək bunları dedi:
“Tehrandakı cümə xütbəsində qardaşım, əzizim və iftixar mənbəyim, İslam dünyasının sevimlisi, region xalqlarının ümid və arzularının ifadəçisi, Livanın parlaq incisi cənab Seyid Həsən Nəsrullahın (Allah onun ruhunu şad etsin!) xatirəsini anmağı və bir neçə şeyi xatırlatmağı zəruri hesab etdim.
Bu moizədə bütün İslam dünyasına müraciət edilir, lakin əziz Livan və Fələstin xalqları (moizənin) xüsusi auditoriyasıdır. Əziz Seyidin şəhadəti ilə bağlı bizim hamımız kədərlənirik və yasdayıq. Bu, böyük bir itkidir və biz ürəkdən qəmlənirik. Əlbəttə, bizim əzamız, matəmimiz depressiya, həyəcan, təşviş və ümidsizlik demək deyil; bu matəm şəhidlər ağası imam Hüseyn ibn Əliyə (ə) saxlanılan matəm kimidir; bu, (qəlbləri) oyadan, dərs verən, ruhlandıran və ümid verən bir matəmdir.
Seyid Həsənin cismi bizi tərk etsə də, onun həqiqi şəxsiyyəti, onun ruhu, onun yolu və onun uca səsi hələ də bizimlədir və bizimlə də qalacaq. O, qaniçənlərə, zalımlara və təkəbbürlülərə qarşı müqavimətim simvolu idi; o, bəlağətli bir natiq idi və məzlumların cəsur müdafiəçisi idi; o, ədalət uğrunda döyüşənlərin və ədalət tərəfdarlarının şücaət, cəsarət və hünər mənbəyi idi. Onun şöhrət və nüfuzunun miqyası Livan, İran və ərəb ölkələri ilə məhdudlaşmırdı(, dünya miqyaslı idi) və artıq onun şəhadəti bu nüfuzu daha da gücləndirəcək.
Onun bizə, sadiq Livan xalqına bütün ömrü boyu ünvanladığı ən mühüm şifahi və praktiki mesaj bu idi ki, ümidsiz olmamalıyıq və qarıxmamalıyıq; biz İmam Musa Sədr, Seyid Abbas Musəvi və digər bu kimi görkəmli şəxsiyyətləri itirsək də, mübarizə yolunda şübhəyə düşməməliyik(, ümidsizləşməməliyik); öz səy və gücünüzü ikiqat artırın; öz birliyinizi(, vəhdətinizi) möhkəmlədin; imanınızı möhkəmləndirərək və müqavimətə bel bağlayaraq təcavüzkarlara və işğalçılara müqavimət göstərin; və siz(, belə etsəniz,) (düşmənin) məğlubiyyətinə nail olacaqsınız.
Əzizlərim! Mənim sadiq Livan xalqım! “Hizbullah” və “Amal”ın dəliqanlı gəncliyi! Övladlarım! Bu gün bizim şəhid olan Seyidimizin öz xalqı, müqavimət cəbhəsi və bütün İslam ümməti ilə bağlı arzusu eynidir.
Alçaq və rəzil düşmən sıx və möhkəm birləşmiş “Hizbullah”, HƏMAS, “İslami Cihad” və Allah yolunda olan digər mücahid (döyüşçü) qruplarına ciddi zərər vurmaq qüdrətində olmadığı üçün dinc insanlara qarşı terroru, dağıntıları, bombardmanları, onların qətlini və silahsız insanlara ağrı-acı yaşatmağı öz qələbəsinin əlaməti hesab edir. Bu, nəyə gətirib çıxarır? Allahın iznilə, bu cür rəftarın nəticəsi xalqın qəzəbinin artması, motivasiyasının güclənməsi, daha da çox fədakar kişilərin, komandirlərin və liderlərin ortaya çıxması, həmçinin qaniçən və yırtıcı canavarın ətrafındakı mühasirə həlqəsinin daralması və yekunda da onun yer üzündəki rüsvayçı mövcudluğunun aradan qaldırılması olur.
Əzizlərim! Qəmlənmiş qəlblər Allahı xatırlamaqla və Ondan yardım diləməklə aramlıq tapır; dağıntılar bərpa ediləcək, sizin səbir və dəyanətiniz isə sizə şərəf və əzəmət gətirəcək.
Əziz Seyid 30 il bu çətin mübarizəyə başçılıq edib; o, addımbaadım “Hizbullah”ı möhkəmlədirdi: “Onların (İsanın) İncil(in)dəki vəsfi isə (Allahın,) pöhrələrini (kənarlarından) çıxardığı və gücləndirdiyi, nəhayət qalınlaşaraq möhkəmlənmiş və əkinçiləri təəccübə salan bir tərzdə öz gövdəsi üzərində dayanan əkin kimidir. (Allah,) onların vasitələri ilə kafirləri qəzəbləndirmək üçün (belə edib). Allah onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük mükafat vəd etmişdir”. (48:29)
Seyidin müdrikliyinin sayəsində “Hizbullah” addım-addım böyüyüb, səbirlə, ağılla və təbii şəkildə, və müxtəlif dövrlərdə öz düşmənlərinin gözləri önündə sionist rejimi geri otuzduraraq öz mövcudiyyətinin bəhrələrini nümayiş etdirirdi.
“Hizbullah” – bu, həqiqətən də, “uğurlu bir ağacdır”. “Hizbullah” və onun qəhrəmancasına şəhid olmuş lideri Livanın tarixi və özünəxass ləyaqətlərinin təcəssümüsdür.
Biz iranlılar Livan və onun görkəmli oğulları ilə çoxdan tanışıq. Şəhid Məhəmməd ibn Məkki Amili, Əli ibn Əbd əl-Al Karoki, şəhid Zeyn əd-Din Amili, Hüseyn ibn Əbd əs-Səməd Amili və onun Şeyx Bəhai kimi tanınan oğlu Məhəmməd Bəhaullah kimi şəxsiyyətlər, həmçinin digər elm və din xadimləri Sərbədarilər və Səfəvilər dövründə hicrətin VIII, X və XII əsrlərində öz biliklərinin meyvələri ilə İranı zənginləşdiriblər.
Əziyyət çəkən və qana boyanmış Livana (bu yaxşılığın) əvəzini vermək bizim borcumuzdur, bütün müsəlmanların borcudur. “Hizbullah” və şəhid Seyid (Həsən Nəsrullah) Qəzzanı qoruyaraq və Məscidül-Əqsa uğrunda döyüşərək, işğalçı və (zalım,) qəddar rejimə zərbələr endirərək bütün region və bütün İslam dünyasına xidmət yolunda həyati əhəmiyyətli addım atıblar.
Amerika (ABŞ) və onun müttəfiqlərinin işğalçı rejimin təhlükəsizliyinin təmin edilməsindəki dayağı(nın səbəbi) bu regionun bütün resurslarının ələ keçirilməsi və onların dünyanın böyük münaqişələrində istifadəsu üçün (bu sionist İsrail) rejimin(in) onların alətinə çevrilməsi istiqamətindəki çox zərərli siyasəti üçün gözdən asılan pərdədir.
Onların siyasəti (bu) (sionist İsrail) rejimin(in) regiondakı enerji resurslarının Qərb dünyasına ixracı və Qərbdən (hazır) məhsul və texnologiyaların idxalı üçün qapıya çevrilməsindən ibarətdir, bu isə işğalçı rejimin mövcudluğunun zəmanəti və bütün regionun ondan asılı vəziyyətə salınması deməkdir. Rejimin azadlıq döyüşçülərinə qaşrı qəddar və sərt münasibəti bu vəziyyətin qorunub saxlanılması istəyindən irəli gəlir. Bu reallıq bizə başa salır ki, istənilən şəxs tərəfindən və istənilən qrup tərəfindən rejimə endirilən hər bir zərbə bütün region və hətta bütün bəşəriyyətin (maraqlarına) xidmət edir.
Bu sionist-amerika xülyası, şübhəsiz, əbəs və qeyri-mümkün bir illüziyadır. (Bu) rejim kökü ilə birlikdə çıxarılan pis ağac kimidir və Allahın da dediyi kimi, (İsrailə) yaşamaq qismət olmayacaq. Bu, xəbis, süni olan və möhkəm olmayan rejim güclə ayaq üstündə durur, o da ki, amerikanın dəstək “inyeksiyalarının” sayəsində və bu, Allahın izni ilə, çox çəkməyəcək.
Bu iddianın açıq-aydın dəlili Qəzza və Livanda milyardlar xərcləyən Amerika və bir sıra digər Qərb dövlətlərindən hərtərəfli dəstək alan düşmənin artıq bir ildir ki, Allah yolunda vuruşan və (hərtərəfli) blokadada olan və xaricdən heç bir yardım ala bilməyən bir neçə minlik mücahid-döyüşçülərlə qarşıdurmada məğlub olmasıdır. Onların (sionistlərin) yeganə “nailiyyəti” evlərin, məktəblərin, xəstəxanaların və dinc insanların toplaşdıqları yerlərin bombalanması oldu! Bu gün hətta cinayətkar sionist dəstəsi də tədricən bu nəticəyə gəlir ki, onlar heç vaxt HƏMAS və “Hizbullah”a qali gələ bilməyəcəklər.
(Ey) Livan və Fələstinin müqavimətçi xalqı! (Ey) cəsur döyüşçülər və sarsırlmaz, gözəl xalq! Bu şəhadətlər, bu axan qan sizin hərəkatınızı zəiflətməyəcək, (əksinə,) daha da güclü edəcək. 1981-ci ilin yayındakı təxminən 3 ay ərzində İran İslam Respublikasında bizim onlarla görkəmli xadimimiz qətlə yetirildi, onlardan da bir neçəsi Seyid Məhəmməd Behişti, prezident Rəcai, Baş nazir Bahünər kimi böyük insanlar, Ayətullah Mədəni, Kaddusi, Haşiminijad kimi alimlər və digərləri idilər. Onlardan hər biri, ölkə və ya yerli səviyyədə, inqilabın dayağı idi və onların itkisi əvəzedilməzdir; lakin inqilab dayanmadı, geri addım atmadı, əksinə, daha da gücləndi.
Bu gün də regiondakı müqavimət də bu şəhadətlərin fonunda geri addım atmayacaq; müqavimət qalib gələcək!
Qəzzadakı müqavimət bütün dünyanı heyrətləndirdi, o, İslam dininə şöhrət gətirdi. İslam dini Qəzzada bütün şər və alçaqlığa qarşı mübarizə aparır. Elə bir azad insan yoxdur ki, bu yenilməzlikdən heyrətlənməsin və qəddar və qaniçən düşməni lənətləməsin.
“Əqsa Tufanı” və Qəzza və Livanın bir ildir ki, davam edən müqaviməti işğalçı rejimi o həddə çatdırıb ki, onun (hazırda) əsas dərdi öz mövcudiyyətini qoruyub saxlamaq olub, bu iyrənc, xəbis, mənfur rejimin qurulduğu ilk illərdə də (yeganə) dərdi məhz bu idi. Bu, o deməkdir ki, fələstinli və livanlı döyüşçülərin mübarizəsi sionist rejimi 70 il geri ata bilib.
Bu regiondakı təhlükəsizliyin olmamasının, müharibənin və geridəqalmışlığın əsas faktoru sionist rejimin mövcudluğudur və regionda sülh və sakitliyə can atdıqlarını iddia edən dövlətlərin mövculuğudur. Regionun əsas problemi xaricdən edilən müdaxilədir. Bu regionun dövlətləri sülh və təhlükəsizliyi bərqərar etməyə qadirdir. Bu böyük və xilasedici məqsədə çatmaq üçün xalqlar və dövlətlərin səy və mübarizəsi vacibdir. Allah bu yolda gedənlərlədir və əlbəttə ki, Allah onlara qələbənin bəxş edilməsində qadirdir.
Salam olsun şəhid lider Nəsrullaha, şəhid qəhrəman Haniyəyə və şöhrətli sərdar general Qasim Süleymaniyə!”
Ayətullah Xamenei sözlərini Qurani-Kərimin Nəsr surəsi ilə başa çatdırıb:
Bağışlayan və mehriban Allahın adı ilə
1. Allahın köməyi və o (böyük) zəfər (Məkkənin fəthi və digər zəfərlər) gəldiyi zaman,
2. İnsanların dəstə-dəstə Allahın dininə daxil olduqlarını gördüyün zaman,
3. Rəbbinə həmd-səna etməklə bərabər Onu zikr et, etiqad və əməldə Onu pak və nöqsansız bil. Ondan bağışlanmaq dilə. O, həqiqətən, daim nəzər yetirən və tövbələri qəbul edəndir.