Qafqaz.ir-un verdiyi xəbərə görə, İstanbulda baş tutan “3+3” formatının iclası çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun ermənistanlı həmkarı Ararat Mirzoyanla Azərbaycan və Ermənistan arasında Sülh müqaviləsi və dövlətlərarası münasibətlərin qurulması üzrə görüşün növbəti raundu başlayıb.
Bu barədə Azərbaycan XİN-in “X” sosial şəbəkəsindəki hesabında edilən paylaşımda deyilir.