Qafqaz.ir İran mediasına istinadən xəbər verir ki, İran şənbə günündən Hind okeanında Rusiya və Omanın iştirak və daha 9 ölkənin müşahidə etdiyi hərbi dəniz təlimlərinə start verib.
Təlimlərin hədəfi beynəlxalq dəniz ticarəti təhlükəsizliyini təmin etmək, dəniz marşrutlarını qorumaq, humanitar tədbirləri gücləndirmək və xilasetmə əməliyyatları haqqında məlumat mübadiləsi aparmaq üçün taktikaları həyata keçirəcəklər.
İran mediası qeyd edir ki, “IMEX 2024” adı verilən təlimlər regionda kollektiv təhlükəsizliyi gücləndirmək, çoxtərəfli əməkdaşlığı genişləndirmək və sülh, dostluq və dəniz təhlükəsizliyini qorumaq üçün xoşməramlılıq və imkanları nümayiş etdirmək məqsədi daşıyır.