Qafqaz.ir – İran prezidenti Məsud Pezeşkian Kazanda başlayan BRİCS sammkitində iştirak etmək üçün Rusiyaya gedib.
Modern.az xəbər verir ki, İran prezidentini BRİCS liderlərinin 16-cı sammitinə Rusiya prezidenti Vladimir Putin dəvət edib.
Prezident Pezeşkian Rusiyaya getməzdən əvvəl Mehrabad hava limanında mətbuata verdiyi açıqlamada deyib ki, BRICS-ə üzvlük və Rusiyada keçirilən sammitdə iştirak İranın dünya ilə əlaqələrini gücləndirmək və Amerika totalitarizminə bütün dünyada son qoymaq üçün yaxşı fürsətdir.
Pezeşkianın Putinlə ikitərəfli görüş keçirəcəyi də gözlənilir.
Rusiyanın ev sahibliyi ilə oktyabrın 22-24-də Kazanda BRICS Liderlərinin sammiti keçirilir.