Qafqaz.ir xəbər verir ki, Həzrət Əbəlfəzl Həzrət Abbas (ə) ziyarətgahı Xanım Zeynəbin (ə) mövlud mərasimlərinə hazırdır.
Bu barədə ziyarətgah kompleksin məsulllarından olan Zeynəlabidin Əl Qureyşi bildirib.
Onun sözlərinə görə, mövlud münasibətilə ziyarətgah gül-çiçəklərlə bəzədilib, banner, parça və bayraqlar asılıb. Həmçinin mərasimlərin keçirilməsi üçün yerlər ayrılıb, tədbir üçün lazımi olan bütün hazırlıqlar görülüb.