34 yaşlı alman xanım Denise Stammer kəlmeyi-şəhadət gətirərək İslam dinini qəbul edib.
Qafqaz.ir xarici mediaya istinadən xəbər verir ki, müsəlman olduqdan sonra o, hicab taxmağa başlayıb və özünə yeni ad da seçib – “Nur”.
Ona İslam dini barədə məlumat verilib, artıq həyatında yeni bir səhifənin açıldığı deyilib, həmçinin müqəddəs Qurani-Kərim hədiyyə edilib.