Ağdaşda qətl törədilib.
Rayon sakini, 1977-ci il təvəllüdlü Qalib Soltanəli oğlu Musayev yaşadığı evdə aralarında yaranmış münaqişə zəminində qardaşı, 1975-ci il təvəllüdlü Mirmehdi Musayevi bıçaqlayıb.
Qarın nahiyəsindən bıçaq xəsarəti alan Mirmehdi Musayev aldığı xəsarətdən ölüb.
Hadisəni törədən Q.Musayev polis tərəfindən tutularaq istintaqa təhvil verilib.