Əziz İslam Peyğəmbərimizin (s) mübarək adı – “Muhammad” (“Məhəmməd”) adı 2023-cü ildə Britaniyada oğlan uşaqlarına verilən ən məşhur ad olub.
Qafqaz.ir xarici mediaya istinadən xəbər verir ki, bu barədə bu barədə Britaniyanın Milli Statistika İdarəsi məlumat verib.
Qeyd edək ki, “Məhəmməd” adı 2016-cı ildən bəri ölkədə ən məşhur 10 addan ikincisi idi, lakin indi bu ad artıq 1-ci yerdədir.
“Mohammed” and “Mohammad” ad versiyaları isə 100 ən məşhur adlar sırasındadır.
Belə ki, 2023-cü ildə 4 661 uşağa “Muhammad” adı (1-ci yer), 1 601 uşağa “Mohammed” (28-ci yer), 835 uşağa isə “Mohammad” (68-ci yer) adı verilib.
“Noah” (“Nuh”) adı 2-ci yerdə, “Oliver” adı isə 3-cü yerdədir. Həmçinin 2023-cü ildə 3 494 uşağa “George” (“Corc”) (4-cü yer) adı verilib.
“Oliviya” adı isə artıq 8 ildir ki, ən məşhur qız adıdır. 2-ci və 3-cü yerlərdə isə “Ameliya” və “İsla” adları gəlir.