ArxivXəbər lentiXəbərlər

Məşədi Dadaş məscidində Qədr gecəsi izdihamla qeyd edildi

ötən gün mübarək Ramazan ayının 21-ci gecəsinin əhya mərasimində ​ Bakıda məscidlərdə kütləvilik müşahidə olunub.

Paytaxtın mərkəzində yerləşən Məşədi Dadaş məscidində izdihamla Qədr gecəsinin əməlləri yerinə yetirilib, dualar oxunub. Məscidin imamı, ilahiyyatçı Hacı Şahin Həsənli Qədr gecəsinin fəzilətlərini qeyd edib və həmçinin təqvalıların mövlası Həzrət Əlinin (ə) yüksək məqamını açıqlayıb.
Qeyd edək ki, builki Ramazanın Qədr gecələri iyulun 16-dan 17-nə, 18-dən 19-na, 20-dən 21-nə keçən gecələrə təsadüf edir. İslami hədislərə əsasən, Ramazan ayının 19, 21 və 23-ü gecələri Qədr gecələridir. Bu üç gecənin birində müqəddəs Qurani-Kərim nazil olub.
Xatırladaq ki, respublikasının digər şəhər və kəndlərində, o cümlədən Gəncə, Lənkəran, Masallı, Göyçay, Sumqayıt, Astara, Biləsuvar, Cəlilabad və Qubada da möminlər məscidlərə toplaşaraq dua ediblər./FaktXəbər/

12

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button