Almaniyada daha iki məscidə hücum edildi

Məscidi yandırmaq istədilər
İslamazeri.az-ın “Dunyabulteni”-nə istinadən verdiyi xəbərə görə, Almaniyada islamofob qüvvələr tərəfindən daha iki məscidə hücum edilib.
Oldenburq şəhərində yerləşən Hacı Bayram məscidinə şəxsiyyəti bəlli olmayan şəxslər tərəfindən iki molotof kokteyli atılıb. Onlar məscidi yandırmağı hədəfləyiblər. Lakin məscidə ciddi maddi ziyan dəyməyib. Faktla bağlı istintaq başladılıb.
Digər çirkin hücum isə Mölln şəhərində reallaşdırılıb. Bir şəxs itini gətirərək məscidin giriş qapısını murdarlayaraq həqarət edib. İki həftə qabaq isə, həmin məscidin pəncərəsinə “Məscidi tərk edin!” təhdid mesajı yazılıb.
Qeyd edək ki, bir ay ərzində Almaniyada 5 dəfə məscidlərə müxtəlif hücumlar edilib. Bu hücumların dördündə məqsəd məscidi dağıtmaq olub.