AktualAktualArxivmədəniyyatXəbər lentiXəbərlər

Vətəndaşı İrana niyə buraxmırlar?

Natiq Kərimov “Turan” agentliyinə bildirib ki, məni müalicə üçün İrana buraxmırlar : “ Mən dəfələrlə müalicə üçün İrana getmək istəsəm də məni buraxmayıblar. Səbəbini heç kim izah etmir. Axırıncı dəfə bir ay əvvəl xaricə getmək istədim, amma yenə icazə vermədilər. Mənə Daxili İşlər Nazirliyindən bildiriblər ki, Sabunçu RPİ-nin 14-cü Polis Bölməsi mənim ölkədən çıxmağıma qadağa qoyub”. Bununla bağlı vəkil Elmar Süleymanov qafqaznews.org-a bildirib ki: “ Azərbaycan qanunvericiliynə görə yalnız 3 halda vətəndaşın ölkəni tərk etməsi əngəllənir.Vətəndaşla bağlı cinayət işi olduqda, məhkəmə qərarı olduqda və məhkəmə qərarlarının icrası yerinə yetirilmədikdə”. 14-cü PB-nin rəis müavini Sadiq Heydərov isə bildirdi ki, bizim vətəndaşın xaricə gedişini əngəlləmək hüququmuz yoxdur və Natiq Kərimov üçün heç bir məhdudiyyət yaratmamışıq”. Rəsi müavini onu da qeyd etdi ki, Natiq Kərimovun adı heç bir cinayət işində keçmir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button