Aktual

Mehdi Şamilli: “Seçki prosesində fəal iştirak edəcəyəm”

 İyulun 26-da azadlığa buraxılmış dini fəal, İslam Partiyası sədrinin sabiq müavini Mehdi Şamilli siyasi planları barədə danışıb
 O bildirib ki, məhbus islamçıların hüquqlarını müdafiə edən ictimai komitə yaradacaq: “Komitəyə vəkillər, hüquqşünaslar da cəlb olunacaq. Özüm həbsdə olanda islamçıların hansı problemlərlə üzləşdiyini görmüşəm. Digər tərəfdən Azərbaycanda qanunlar işləmədiyi üçün hüquqi müdafiənin o qədər əhəmiyyəti olmur. Ona görə də komitə daha çox məhbus islamçıların problemlərini öyrənmək, ictimailəşdirmək, onların taleyini gündəmdə saxlamaq kimi işlərlə məşğul olacaq”.

Mehdi Şamilli bildirib ki, prezident seçkisində fəal iştirak etməyi düşünür: “Mən həmişə istəmişəm ki, hər bir Azərbaycan vətəndaşı seçki prosesində fəal iştirak etsin. Yəni təkcə seçki qutusuna bülleten atmaqla işlərini bitmiş saymasınlar. Mən də seçki prosesində fəal iştirak edəcəyəm. Görək Milli Şurada proseslər necə olur… İnşallah, səhhətimi düzəldim, qərarımı verəcəyəm”.

Mayın 7-də verilmiş amnistiyaya düşən Mehdi Şamilli ötən ilin avqustunda tutularaq narkotik vasitə saxlamada təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.(mediaforum)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button