Aktual

Abbas Abbasov Dağıstanda!

“Dağıstan respublikasına investisiya yatırılması üçün Türkiyə tərəfi ilə aparılan danışıqlarda «Milyarderlər İttifaqı»nın sədri Abbas Abbasov əsas fiqurlardan biridir”. Bu barədə Moskvadakı mənbələrdən məlumat daxil olub . Mənbənin dediyinə görə, bir qədər əvvəl İstanbulda, daha sonra isə Mahaçqalada iri türk şirkətləri ilə aparılan danışıqlara Dağıstan prezidentinin səlahiyyətlərini icra edən Ramazan Abdulatipovla bərabər baş nazirin keçmiş birinci müavini Abbas Abbasov  da qatılıb.
Abbasov hər iki görüşdə Abdulatipovun yanında əyləşib. Amma onun hansı statusla görüşlərə qatıldığı bəlli deyil.

Mənbənin dediyinə görə, Abbasov danışıqlarda Dağıstana tikinti, trikotaj sənayesi və qismən də olsa turizm sektoruna sərmayə yatırmağı planlaşdıran Türkiyə şirkətlərini şəxsən razı salıb. O, «Nərgiz», «Mərmərə», «Palmira», «Almar» kimi holdinqlərin prezidentlərini Dağıstana sərmayə yatırmağa inandıra bilib.
Görüşdə reallaşmağı ən yaxın layihə kimi Dağıstanın Xəzər dənizi sahillərində istirahət mərkəzlərinin yaradılması göstərilir. «Abbasov Türkiyə tərəfini inandıra bilib ki, bu sahəyə investisiya qoymaqla, həmin şirkətlər sovetlərdən qalma, dağınıq da olsa, amma hazır infrastruktura malik ola bilərlər».

Xatrılaq ki, əslində Abbas Abbasovun adı bundan əvvəl də Dağıstandakı iri layihələrdə hallanırdı. Məsələn, bir qədər əvvəl onun və Telman İsmayılovun Mahaçqala limanının bir hissəsini almaları barədə mətbuatda xəbərlər dolaşırdı. Bundan başqa sabiq birinci müavin Dərbənddə də yəhdui iş adamlarının problemlərini yola qomaq üçün bu şəhərə şəxsən özü səfər etmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button