ArxivIslammədəniyyatNardaranSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Abbas Hüseyn başladığı aclıq aksiyasını belə əsaslandırıb

Abbas Hüseyn telefon danışığı zamanı Hacı Tale Bağırzadənin başlatdığı aclıq aksiyasına qoşulduğunu bildirib. O, aksiyaya başlamasını belə əsaslandırıb:

Bu ölkədə Allahı, müqəddəsatı kimlər,hansı qüvvələr təhqir etsə də, həmin kəslərlə birlikdə  günahkar hakimiyyətin özüdür. İctimaiyyət bu cür hallara ilk dəfə rast gəlmir. İllər öncə Naxçıvanın keçmiş MTN rəhbəri Vəli Əsgərov, Gəncənin icra başçısı Elmar Vəliyev, polis bölmələrində işləyən rəhbərlər tərəfindən belə təhqiredici ifadələr işlədilib.

Dəfələrlə, bu hadisələrə ürək ağrısı ilə şahid olmuşuq. Həmçinin, yeddi il öncə şərlənərək, həbs olunan zaman işgəncələr altında öz başımıza da gəlib. Bu hadisələri məhkəmədə işıqlandırsaq da, dövlət öz tərəfindən həqiqətlərə qərəzlə yanaşdı.

Allahı və ənənəvi dini əqidəmizi təhqir edən həqiqi cinayətkarlara qarşı lazımı tədbirlər görülmədi. Bu cür laqeyidlik özü ilə sonradan arzuolunmaz Gəncə hadisələrini, Tərtər işgəncələrini, qətliyamı, təhqirləri zəncirvari əmələ gətirdi. Yəni, indi burda kimdir müqəssir ?!

Hacı Tale Bağırzadə başladığı mübarizədə haqlıdır. Bu ölkədə Allahı söyüb təhqir etmək elə bu xalqın özünü, dini inancını təhqir etmək deməkdir. Çünki bu xalqın böyük əksəriyyətin Allaha etiqadı vardır. Bu cür təhqir – fərq etməz xristian, müsəlman, namaz qılan ya qılmayan olsun – hər kəsin inancına olunan təhqirdir. Ümumi xalqa qarşı bir cinayətdir. Bəşəri dəyərləri tapdalamaq, xalqın inancına qarşı terror etmək deməkdir.

 Bu üzdən də vətənini, dövlətini, xalqını, dinini sevən vəzifəli və yaxud sadə vətəndaş siyasi baxışından aslı olmayaraq, hər kəs bu kimi əxlaqsızlığa sərt reaksiya verməli, həmin şəxslərin bu dəfə üzə çıxarıb cəzalandırılmasını hakimiyyətdən tələb etməlidir.

Hər hansı bir şəxsin dini inancını  təhqir edilməsi qəti yolverilməzdir, hələ üstəlik işgəncə verildiyi halda ikiqat cinayətdir. Bu cinayətləri edənlər dərhal qanunla cəzalandırılmalıdır.

Məndə bir inanclı, Azərbaycan vətəndaşı olaraq, Allahı təhqir edənlərə qarşı aclıq aksiyası edərək etirazımı bildirirəm. Allahımızı təhqir edənlərin cəzalanacaqları vaxta qədər də davam edəcəm. Bu işin sonu şəhadət olsa belə, xoş halımıza. Allah bu işlərdə bizlərə möhkəm iman, güc və qüvvə bəxş etsin.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button