ArxivIslamXəbər lentiXəbərlər

Abbas Hüseyn: “Zindan Allahın xüsusi nəzər etdiyi yerdir”

Siyasi məhbus, Müsəlman Birliyi Hərəkatının üzvü Abbas Hüseyn zindandan təbrik məktubu göndərib. O, MBH-nın sədri, siyasi məhbus Tale Bağırzadəni ad günü münasibətilə təbrik edib: “

Salam olsun haqsızlığa qarşı cəsarət, zülmə qarşı dəyanət göstərən kəsə!

Nahaq olanların haqsızlığ

Tarix boyu nə qədər məqamlar olub ki,özünü yüksəkdə görənlər dərənin dibinə yuvarlanıblar. Lakin elə kəslər də olub ki, illərini nahaq yerə zindanda keçirib, zindandan çıxdıqdan sonra isə xalqa xidmətçi, insanların əzizi olub.ına o şəxslər qalib gəlib ki,dövlətini sevib, dövlətçiliyə sahib çıxıb, xalqının dərdinə biganə qalmayıb. Hər hansı maddi xeyir güdmədən əziyyətlərə mübtəla olub, haqqı müdafiə edib, mübarizə aparıb, səbr edib.

Hacıcan, sadaladığım bütün bu meyarlara siz sahibsiz. İnanıram ki, hər kəsin əzizi olan siz, bu xalqın həqiqi xadimi, xidmətçisi kimi insanları zülmətdən nura çıxaran bələdçi olacaqsız. Çünki Allahın “ol” əmrinin qarşısını ala bilməz. Kaş biləydilər ki, sizinlə düşmənçilik etmək əbəsdir. Buna da əminəm ki, Allah sizi xalqımızın nicatı üçün göndərib.

Hacıcan, bu gün sizin addımladığınız haqq və mübarizə yolu imam Hüseynin yoludur. Bu yol həm ağır,həm də şərəfli bir yoldur,bir çox məhrumiyyətlərlə doludur. Ona görə də cahillərin, qəlbləri möhürlü olanların bunu idrak etməsi çətin məsələdir. O qədər günah içindədirlər ki, nəyin doğru, nəyin yanlış olduğunu ayırmaqda çətinlik çəkirlər.

Hər bir çətinlikdə mütləqdir ki, bir hikmət gizlənib. Zindana düşmək, ağır şəraitdə yaşamaq, daim nəzarətdə saxlanılmaq-bütün bunlar xalqın halına biganə qalmadığınızdan, başınıza gəlib. Zindana düşməyiniz insanların qəlbində sizə olan məhəbbəti daha da artırdı, səsinizin daha çox yayılıb eşidilməsinə səbəb oldu. Bilirik ki, zindan müvəqqəti çətinlikdir, Allahın isə xüsusi nəzər etdiyi yerdir. Allah sizi zindanda çox qoymayacaqdır. Onsuz da haqsızlıq bir gün son tapacaq.

Hacıcan, ayrılıq uzun illər çəksə belə siz hər zaman yaddaşlarda qalacaq olan bir şəxsiyyətsiz. Heç bir vaxt nə adınız, nə üzünüz, nə də mübarizəniz unudulmayacaq. Azadlığa aşiq olan mübariz insanlar hər zaman sizi ehtiramla yad edəcəklər. Sizin bu cür sevilməyinizə səbəb malik olduğunuz insani dəyərlər-haqdan yana olmağınız, gözü toxluğunuz, əxlaqınızdır.

Qətiyyətli mübarizənizlə xalqın sevgisini özünüzdə cəm etməklə bu məqamı sin özünüz qazanmısız.Bir sözlə,35 illik ömrünüzü ləyaqətli yaşayıb, bu ömürə ən gözəl dəyərləri sığdırmısız. Sizin kimi birisinin zindanlara salınacağı məlum idi. Çünki siz xalqın dəyərlərinin qorunması, haqqının tapdalanmaması üçün çalışırdız. Siz bu günün Musası ola bildiyinizdən 9 ildir ki, zindanlardasınız. Bir deyim var ki, haqq nazilərə amma üzülməz. Sizin haqqınızın qoruyucusu Allahdır. Hədisdə var ki, dünya möminin zindanıdır.

Canım Hacı, siz də özünüzü bu dünyada və yaxud çöldə olanda onsuzda zindanda sayırdız. Özünü zindanda hesab edən birini zindanlarla qorxutmağın necə mənasız, məntiqsiz bir şey olduğunu unutdular. Lakin həbsxana azadlığımızın sübutudur. Hər dəfə qollara bağlanan o qandallar Yusiflərdən, Kazimlərdən gələn bir salamdır! Hacıcan, ən ağır cinayətkar məhbuslar belə öz yoldaşları ilə bir yerdə olsalar da, bizi bir-birimizdən ayırdılar. Lakin harda olmağımızdan aslı olmayaraq hər zaman haqqın yanındayıq.

Mövludunuz mübarək. Gözəl ömür, can sağlığı, Allahın rəhmətinin daim üstünüzdən əskik olmamağını və şəhadət arzulayıram sizə.
Abbas Hüseyn
8 saylı xüsusi rejimli həbsxanadan

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button