Azərbaycan respublikasının xarici işlər naziri və prezidentin etimad etdiyi Elmar Məmmədyarov bu ölkənin xarici işlər nazirliyində ciddi böhranla üzbəüz olmuşdur. Azəvbaycan agentlikləri və saytları onun prezident tərəfindən işdən kənarlaşdırılacağı haqda gündə xəbər yayırlar.
Qafqaz mədəniyyət mərkəzinin raportuna əsasən son günlərdə azərbaycanın xaricdəki diplomatlarının bir tedadı Bakı hakimiyyətindəki karropsiyalara qarşı etdikləri ifşaçılıq ölkə prezidenti … Elmar Məmmədyarovdan narahat olmasına səbəb olmuşdur. Məşhur azəri diplomatı Arif Məmmədov Azərbaycan hakimiyyətindəki karropsiyanı və və insan hüquqlarına riayət olunmamasını tənqid etdiyinə görə iş mövqeyindən sui-istifadə etmə ittihamı ilə xarici işlər nazirliyindən kənarlaşdırılmışdır. O virtual məkanda Azərbaycan xalqını hakimiyyətə qarşı təhrik etməyə başlamışdır.
Azərbaycan prezidenti ölkənin xarici işlər nazirliyinin və Elmar Məmmədyarovu Azərbaycanın diplomatiya aparatında müxalifləri işlətdiyi üçün və onların kənarlaşdırılmasının zəruriliyini bildirən tınqidlərindən sonra Avstraliya və Hollandiyada sakin olan və dövlətin karropsiyalarına qarşı ifşaçılıqla məşğul olan Anar Həsənov və Nahid Cəfərov öz iş mövqelərindən sui-istifadə etdikləri ittihamı ilə işdən azad edilmişlər. O diplomatlar yaxalanmasınlar deyə ölkəyə qayıtmamış və məmur olduqları ölkələrdən siyasi sığnacaq istəmişlər.
Azərbaycan hakimiyyətinin karropsiya ilə əlaqədar bu ölkənin Avstraliya səfirliyindəki işçisi Anar Həsənovun ifşaları maraqlıdır. O bildirmişdir ki, Azərbaycanın Avstraliyadakı səfirliyində baş verən karropsiya haqqında qabaqca xarici işlər nazirliyinə məlumat vermişdir. Lakin səfiri və maliyyə məsulunu müaxizə etməkdənsə onu xarici işlər nazirliyindən kənarlaşdırmışlar. … hökuməti dövlət qurumlarındakı karropsiyaya qarşı mübarizə aparmaqdansa ifşa edənləri müaxizə edir ki, bu da Azərbaycan hakimiyyətinin özündəki karropsiyadan irəli gəlir. Onu da deyək ki, son vaxtlar jurnalist Xədicə İsmayılova həmin karropsiyaları ifşa etdiyinə görə həbsə məhkum olmuşdur.
Azərbaycan prezidenti … OCCRP təşkilatı tərəfindən dünyanın 2012-ci il maliyyə karropsiyaçısı kimi elan edilmişdir. … ailəsi Azərbaycanın milli mənafe və sərvətlərini şəxsi əmval kimi mənimsəmiş və onlarla ticarət şirkətləri yaratmışlar. Verilən raportlara görə … və övladları neft gəlirləri hesabına Avropa və Dubayda bahalı mənzillər almışlar. Deməli Azərbaycan hakimiyyəti və onlara bağlı qurumlar karropsiya içindədirlərsə onların karropsiyaya qarşı mübarizə aparacağını və prezidentin ifşa edənlərə qarşı səbirli olmasını təvəqqe etmək olmaz.