ArxivNardaranXəbər lentiXəbərlər
Abbas Hüseynovun qardaşlarından xəbər var

Bu barədə vəkil Yalçın İmanov məlumat verib.
Nardaran hadisələrinə görə həbs edilən Abbas Hüseynovun ötən gün tutulmuş qardaşları sərbəst buraxılıb.
Bu barədə “Report”a vəkil Yalçın İmanov məlumat verib.
Vəkilin sözlərinə görə, A.Hüseynovun qardaşları – Hüseynağa, Məlik və Elçin Hüseynovlar indi evdədirlər.
Qeyd edək ki, A.Hüseynov 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində polis əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat zamanı həbs edilib. Onun cinayət işi üzrə məhkəməsinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.