Aktual

Vəkili Hacı Movsümlə görüşə buraxmayıblar

Azərbaycan İslam Partiyasının lideri hacı Mövsüm Səmədovun vəkili Anar Qasımlı onunla görüşə bilmədiyini bildirib.

Anar qasımlı Bakı mediasına açıqlamasında deyib ki, iyulun 1-də Mövsüm Səmədovla görüşmək üçün 11 saylı Cəzaçəkmə Müəssisəsinə gedib: “Qapıda gözətçi deyil, mayor rütbəli bir zabiti gördüm. Mövsüm Səmədovun vəkili olduğumu, görüşə gəldiyimi bildirdim. Dedi ki, təlim-tərbiyə üzrə rəis müaviniyəm, Mövsüm Səmədovun cərimə təcridxanasına salınması mənim təşəbbüsümlə olub, keçin görüşün, sonra gəlin yanıma, söhbət edək.

 İçəri keçdik, sənədimi təqdim etdim. Bir saatdan artıq gözləyəndən sonra bir nəfər çıxdı, vəsiqəmi özümə qaytarıb dedi ki, rəis yas yerinə gedib, qol çəkməyə heç kim yoxdur. “Vəkilin görüşü üçün rəis müavini də icazə verə bilər” deyə etiraz etdim. “Hər şey rəisdən asılıdırsa, zəhmət çəkib iş vaxtı yerində olsun, yas yerinə işdən sonra getsin” dedim. Sabah görüş verəcəklərini bildirdilər”.

 Anar Qasımlı bildirib ki, görüşə maneənin yaradılması bir çox ehtimallar irəli sürməyə əsas verir: “Adətən məhkumlar işgəncəyə məruz qalanda vəkillə görüşə  əngəl yaradılır ki, işgəncə izlərini görməsin. Bu cür süni əngəl yaradılması Mövsüm Səmədova işgəncə verilməsi ehtimalını irəli sürməyə əsas verir. Digər tərəfdən, onun dəfələrlə cərimə təcridxanasına salınması həbsxana rejiminə keçirilməsinə hazırlıq ola bilər. Yəni sonra əsaslandıracaqlar ki, guya tez-tez nizam-intizamı pozduğuna görə onu qapalı həbsxanaya göndərirlər”.

 Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O saxta ittihamlarla 12 il müddətinə azadlıqdan məhrum olunub.

 Bu gün həmçinin AİP tərəfində həbsdə olan partiya liderinin president seçkilərinə rəsmi namizəd kimi təqdim edildiyi bildirilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button